Van şəhərində “Birinci dünya savaşında ermənilər” mövzusunda simpozium keçirilib

Türkiyənin Van şəhərində Türkiyə Tarix Qurumunun təşkilatçılığı ilə "Birinci dünya savaşında ermənilər" mövzusunda beynəlxalq elmi simpozium  keçirilib. I dünya müharibəsi dövründə  Qafqaz  cəbhəsinin ən qaynar nöqtələrindən olan, erməni silahlıları tərəfindən işğal edilərək  yerli  müsəlman əhalisinə qarşı kütləvi qırğınlar törədilən Van şəhərində təşkil edilən  bu simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, prof. Solmaz Rüstəmova-Tohidi "Birinci dünya  savaşı illərində ermənilər tərəfindən İrəvan quberniyasının, Zəngəzurun və Qarabağın müsəlman  əhalisinin soyqırımı. Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında" adlı məruzə ilə çıxış edib. Azərbaycanlı alim 1918-ci ildə Azərbaycan ərazilərində  törədilən kütləvi qırğınların 1914-cü ildən etibarən Türkiyədə  gedən  hərbi əməliyyatların və siyasi proseslərin  bilavasitə davamı olaraq baş verdiyini  tarixi faktlar və sənədlər əsasında diqqətə çatdırıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00