Generalların həbsi ilə bağlı nazirlikdən açıqlama
28 Aprel 2014 16:04 Siyasət"Mahmud Həmzəyev ordu sıralarından artıq ehtiyata buraxılıb. Çingiz Şəfiyev isə xidmətdədir. Bu şəxslərin istintaqa çağırılması, yaxud belə bir istəyin olması kimi proses yoxdur". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, sabiq nazir Səfər Əbiyev və onun dövründə işləmiş zabitlərlə bağlı hər hansı istintaq aparılmır: "Kimsə həbs ediləndə siz də biləcəksiniz, biz də. Hazırda belə bir şey yoxdur".
Qeyd edək ki, Səfər Əbiyevin dövründə nazirlikdə mənimsəmələrin olduğuna dair xəbərlər yayılıb və hazırda bu iş üzrə istintaq gedir. Məlumatlara görə, iki həftə ərzində general Çingiz Şəfiyev və Mahmud Həmzəyev də istintaqa çağırılacaq. Publika.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00