Türkiyənin Azərbaycandakı səfiri: “Prezident İlham Əliyevin Praqadakı çıxışı ikitərəfli münasibətlərin səviyyəsinin göstəricisidir”
28 Aprel 2014 15:49 Siyasət"Azərbaycan Türkiyəyə güvəndiyi kimi, Türkiyə də həmişə Azərbaycana güvənib. Azərbaycan prezidenti İlham Əliyevin Praqada çıxışı Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin səviyyəsinin göstəricisidir".
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun söyləyib. Azərbaycan prezidentinin çıxışına görə ona təşəkkür edən səfir qeyd edib ki, türk dünyasının qarşısında ümumi çağırışlar durur, ümumən dünyada türk dünyasına qarşı ədalətsiz münasibət var: "Tək Türkiyə və Azərbaycan deyil, türk dövlətlərinin hamısı bu çağırışlara qarşı birgə mübarizə aparmalıdır". apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00