Azərbaycandan deportasiya ediləcəyi söylənilən gülənçilərdən açıqlama
Qafqaz Universitetindən rektorun deportasiyası ilə bağlı cavab gəldi
21 Aprel 2014 18:25 Siyasət"Çağ Öğretim" şirkətinin yönətim başqanı Ənver Özerenin və Qafqaz Universitetinin rektoru Ahmed Sanıçın Azərbaycan deportasiya ediləcəkləri ilə bağlı yayılan xəbərlərə rəsmi cavab gəlib.
Qafqaz universitesinin İctimaiyyətlə Əlaqələr üzrə Prorektoru Natiq Paşa ANS PRESS-ə açıqlamasında yayılan xəbərlərin yalan olduğunu və onlara Dövlət Miqrasiya Xidmətindən heç bir xəbərdarlıq edilmədiyini söyləyib. Onun sözlərinə görə, Ahmed Sanıç hazırda vəzifəsinin icrası ilə məşğul olur:
"Yayılan məlumatlar ağ yalandır. Qafqaz Universitetinin rektoru hazırda öz vəzifəsini icra edir. Biz özümüz bilmirik ki, bu məlumatları kim yayır.Bu məsələdə niyə bizə birinci mənbə kimi baxırlar.Bunu kim yayır, niyə yayır məsələləri araşdırmalıdır".
Məsələ ilə əlaqədar olaraq "Çağ Öğretim" şirkəti ilə də əlaqə saxladıq. Oradan isə bizə bildirdirlər ki, şirkətinin idarə heyətinin sədri Ənver Özerenin Azərbaycan deportasiya ediləcəyi ilə bağlı yayılan xəbərlər yalandır və həqiqəti əks etdirmir.
Qeyd edək ki, bu gün Türkiyə mətbuatında vizası bitən 8 işadamı barəsində deportasiya qərarı çıxarıldığı qeyd olunub. Siyahıda "Çağ Öğretim" şirkətinin idarə heyətinin sədri Ənver Özeren, Qafqaz universitesinin rektoru Ahmed Sanıç, Camaatin iş sektorundaki imamı olduğu irəli sürülən Bahri Topuz və daha 5 nəfərin adları hallanır.
Gülən camaatının Azərbaycanda təşkilat şəklində məskunlaşdığı iddiaları son günlər gündəmdən düşmür. İki aydan bəri davam edən araşdırmaların ardından Camaatın irəlidə gedən mənsublarına qarşı qəti addımlar atılmağa başlandı. Bir tərəfdən də baş nazir Təyyib Ərdoğanın Bakı ziyarətində Azərbaycanda fəaliyyətdə olan Gülən Camaatının adları olan siyahı verildiyi və bu şəxslərin deportasiya edilməsini istədiyi iddia edilir.
Azərbaycan hökuməti Türkiyədə baş verən 17 dekabr hadisələrindən sonra Gülən Camaatının Azərbaycandakı fəaliyyətlərini araşdırmağa başlamışdı. Mart ayının əvvəllərində Gülən Camaatının təhsil müəssisələrinə sanksiya tətbiq olunmağa başlanmışdı. Camaata aid 11 məktəb və 13 dərsxana və Qafqaz Universiteti Azərbaycan Neft və Qaz Şirkətinin balansına verilmişdi. Bu ərəfədə Ənver Özerenin Fəthullah Gülənə yazdığı məktub da ortaya çıxmış və bu Azərbaycanda böyük səs-küyə səbəb olmuşdu. Məktubda, Camaatın Azərbaycanda bir çox cəmiyyət təşkilatında heyətləşdiyi və Azərbaycan üzərində təzyiq qurulması istənilmişdi.