VİP bələdiyyə seçkilərində iştiraka maraqlıdır

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki,  toplantıda partiyadaxili vəziyyət, 2014-cü il bələdiyyə seçkilərinə münasibət və cari məsələlər müzakirə olunub. Azərbaycanın da aid olduğu regionda yaranmış vəziyyətə toxunan natiqlər Rusiyanın postsovet məkanında nümayişkar işğalçılıq siyasətini gücləndirdiyi bir dönəmdə VİP-in milli maraqların müdafiəsinə əsaslanan mövqeyinin dönməzliyini ifadə ediblər. VİP-in bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakı məsələsini müzakirə edən Siyasi Şura üzvləri partiyanın bütün seçkilərə qatılmasının zəruriliyini vurğulayıblar. Bununla belə, bələdiyyə seçkilərinin spesifikliyini nəzərə alan müzakirə iştirakçıları qarşıdakı iki ay müddətində VİP-in yerli təşkilatlatrının bu barədə mövqelərini Mərkəzi Aparata təqdim etmələrini vacib sayıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00