YAP üzvlərinin 40 faizi gənclərdən ibarətdir

Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir və partiyada birləşən gənclərin sayı 200 min nəfərdən artıqdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibədə YAP Gənclər Birliyinin sədri Seymur Orucov səsləndirib. O, bildirib ki, gənclərin hakim partiyaya axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir: "Azərbaycan gəncliyi də Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətini dəstəkləyir. Onu da bilirsiniz ki, YAP-ın fəaliyyətində başlıca olaraq xalqa xidmət amili dayanır. Sadaladığım bu amillər ölkə gənclərinin partiyamıza qoşulmasının, öz siyasi talelərini YAP-a bağlamasının əsasını təşkil edir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00