Türkiyədən Qara dənizdə təhlükəsizlik təşəbbüsü: Rusiya və Ukrayna gəmilərinə ayrı marşrutlar təklif olunur – ÖZƏL
15:33 SiyasətOlaylar.az xəbər verir ki, Türkiyə hərbi əməliyyatların davam etdiyi Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün yeni təşəbbüslə çıxış edib. "Milliyet" qəzetinin məlumatına görə, Ankara Rusiya və Ukrayna ticarət gəmiləri üçün bir-birindən ayrı hərəkət marşrutlarının yaradılmasını təklif edir. Plana əsasən, Ukrayna limanlarından çıxan gəmilər üçün Rumıniya və Bolqarıstan sahili boyu Bosfor boğazına doğru təhlükəsiz dəhliz açılacaq. Rusiya ticarət donanması üçün isə Gürcüstan və Türkiyə sahilləri boyunca ayrıca marşrutun çəkilməsi nəzərdə tutulur.
Xarici işlər naziri Hakan Fidan tərəfindən münaqişə tərəflərinə təqdim edilən bu təklifə Moskva və Kiyev hələlik qəti cavab verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31