NATO İtaliyada sursat olmadan nüvə silahından çəkindirmə təlimləri keçirəcək-ÖZƏL
13:51 SiyasətNATO oktyabrın 13-də İtaliyada planlaşdırılan Steadfast Noon nüvə silahları təlimlərinə başlayacaq. Olaylar.az xəbər verir ki, bubarədə alyansın mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, təlimlərdə 17 ölkə iştirak edəcək. Bəyanatda deyilir: "Manevrlər zamanı əsl sursatdan istifadə edilməyəcək". Mətbuat xidməti təlimlərin "heç bir cari dünya hadisələri ilə əlaqəli olmadığını və heç bir ölkəyə qarşı yönəlmədiyini" vurğulayıb.
NATO-ya üç nüvə dövləti-ABŞ, Böyük Britaniya və Fransa daxildir. Lakin blok "nüvə paylaşımı" siyasətini yürüdür, bu siyasətə əsasən nüvə dövlətlərindən alınan döyüş başlıqları qeyri-nüvə dövlətlərinin daşıyıcılarına yerləşdirilə və onların aşkarlanmasını çətinləşdirə bilər. Bu, nüvə manevrlərində iştirak edənlərin sayının çoxluğunu izah edir.