İran SEPAH-ın Dəniz Qüvvələri Hörmüz boğazındakı gəmilərə reyd keçirdiyini bildirib – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri komandanının müavini Əli Məhəmmədi "Fars" agentliyinə müsahibəsində Tehranın müəyyənləşdirdiyi tranzit qaydalarını pozan gəmilərə qarşı Hörmüz boğazında hər gecə əməliyyatların keçirildiyini və onların cəzalandırıldığını bəyan edib.

O, SEPAH Hərbi Dəniz Qüvvələrinin boğaza tam nəzarət etdiyini, hücum və müdafiə əməliyyatlarını davam etdirəcəklərini vurğulayıb. Məhəmmədi, həmçinin ABŞ Prezidenti Donald Trampın və Amerika mediasının boğazdan keçən neftin həcmi ilə bağlı səsləndirdiyi rəqəmləri təkzib edərək, bu göstəricilərin bazara təsir göstərmək məqsədi daşıyan "uydurmalar" olduğunu iddia edib. SEPAH rəsmisi Vaşinqtonu Fars körfəzində və regionda sabitliyi pozmaqda günahlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31