Pezeşkyan: İran ABŞ-ın hücumlarına baxmayaraq, dialoqdan imtina etməyəcək-ÖZƏL
12:42 SiyasətTehran Vaşinqtonla danışıqları davam etdirəcək və tərəflər təklif mübadiləsi aparıblar. Olaylar.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian dünən MDB Dövlət Başçılarının Zirvə Görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
Pezeşkianın Telegram kanalında yayımlanan mətbuat açıqlamasına görə, "Biz dialoq aparırıq. Amma ABŞ-la hər dəfə danışanda onlar yenidən hücuma keçirlər. Buna baxmayaraq, biz danışıqlar masasından əl çəkməyəcəyik".
İran prezidentinin sözlərinə görə, Tehran və Vaşinqton təklif mübadiləsi aparıblar. "Biz bu təkliflərə öz düzəlişlərimizi etmişik. Onlar yekunlaşdırıldıqdan sonra oturub nəticələri vasitəçilər vasitəsilə ümumiləşdirəcəyik", - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31