Hicab, niqab kimi ərəb xalqına məxsus örtüklər niyə təhlükəlidir?-Özəl
9 Oktyabr 10:58 Siyasət"Əgər bütün cəmiyyətlərdə hər kəsin istədiyi kimi geymək azadlığı olsaydı təhlükəli olmazdı. Hicablıların sayı qadın əhalinin 20-30 faizini keçsə, hamı məcbur olacaq bürünməyə. Çünki küçələrdə onları təqib edəcəklər, məktəbdə, iş yerində onlar kimi geyməyənlərə qarşı qısnama başlayacaq. Əgər geyim azadlığı varsa niyə Əfqanstanda, Somalidə və s. islamın tam bərqərar olduğu ölkələrdə hicabsız gəzmək qadağandı və bəzi ölkələrdə edama qədər cəza var?" "Olaylar" xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib: "Körpə uşağını dini paltar geyməyə məcbur edənlər niyə hesab edir ki, hamı onların körpə balasına nəfs salacaq? Bəlkə özü...
Niqab kişinin gözündə olmaldır, qadının üzündə yox. Bizdə islam min ildən çoxdur mövcuddur. Baxın folklorumuza. Hardadı niqab, hicab? Şarilərimiz, aşıqlarımız gözəlliyi vəsf edən minlələ folklor nümunələri yaradıb. Nigab olan yerdə gözəlliyi vəsf etmək olar?
Bəzə bu hicab və niqab yaxın 150 ildə gəlib. Dindoşlar şərh yazmasın. Məndə nadan dindoşlara tolerantlıq 0-dır. Amma inanclı insanlar əks fikirlərini bildirə bilər. Mən özüm də ateist deyiləm".