Moskva aeroportlarında məhdudiyyətlər: İrəvandan uçuş ləğv olunub, bəzi reyslər ləngiyir – ÖZƏL
10:42 SiyasətOlaylar.az xəbər verir ki, oktyabrın 9-na keçən gecə Moskvanın Vnukovo, Domodedovo və Jukovski aeroportlarında dron hücumu təhlükəsi səbəbindən təhlükəsizlik məhdudiyyətləri tətbiq edilib. Nəticədə onlarla təyyarə Rusiyanın Kazan, Sankt-Peterburq, Nijni Novqorod və Minsk şəhərlərindəki ehtiyat aerodromlara yönləndirilib, Türkiyədən uçan bəzi reyslər isə geri qayıtmaq məcburiyyətində qalıb.
Hadisə Ermənistanın "Zvartnots" beynəlxalq hava limanının cədvəlinə də təsir edib. Məlumata görə, Kazandan gələn reysdə gecikmə qeydə alınıb, "UTair" aviaşirkətinin İrəvan-Moskva reysi isə ləğv edilib. Digər uçuşların cədvəl üzrə həyata keçirilməsi planlaşdırılır.
"Rosaviasiya"nın son məlumatına əsasən, məhdudiyyətlər artıq tam aradan qaldırılıb və Moskvanın bütün hava limanları ştat rejimində fəaliyyətini bərpa edib.