Ermənistanda bitum qıtlığı xəbərləri təkzib olunub – ÖZƏL
14:21 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Rusiyadan bitum idxalında hər hansı çətinliyin olmadığını açıqlayıb. Qurumun mətbuat katibi Sona Harutyunyan ölkədə bitum çatışmazlığı səbəbindən yol işlərinin dayanması barədə "Hraparak" nəşrinin yaydığı məlumatları təkzib edib.
Nəşr iddia edirdi ki, iki ölkə arasındakı gərginliyə görə tədarük dayanıb. Qeyd edək ki, Ermənistana bitum tələbatının 90%-dən çoxu Rusiyadan deyil, İrandan təmin edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31