İrəvan dəmir yolları üzrə Rusiya ilə bağlanmış müqaviləyə xitam verə bilər - Paşinyan

İrəvanın Ermənistan dəmir yolları ilə bağlı RJD (Rusiya Dəmir Yolları-red) ilə bağlanmış konsessiya müqaviləsinə birtərəfli qaydada xitam vermək üçün hüquqi əsasları var.

Ermənistan KİV-in məlumatına görə bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Biz bunu istənilən vaxt edə bilərik. Lakin bu yolla getmək istəmirik", - deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, İrəvan qarşılıqlı faydalı həll yolu tapmaq niyyətindədir və bunu dostluq şəraitində həyata keçirmək istəyir. Söhbət konsessiyanın həm Ermənistan, həm də Rusiya üçün məqbul olacaq ölkəyə verilməsi və ya satılmasından gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31