“Biz antikonstitusion prosesdə iştirak etməyəcəyik” - Erməni deputat – ÖZƏL
13:15 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanda "Güclü Ermənistan" blokundan deputat Vaqinak Vardanyan Kilsə ilə bağlı istintaq komissiyası üzrə heç bir müzakirədə iştirak etməyəcəklərini bildirib. Bu barədə o, oktyabrın 6-da jurnalistlərə açıqlamasında deyib. Deputat prosesi antikonstitusion adlandırıb: "Biz Konstitusiyaya riayət edirik, artıq bir neçə antikonstitusion qanun qəbul etmiş hakim "Vətəndaş Müqaviləsi" partiyasından fərqli olaraq".
Qeyd edək ki, parlamentin növbəti dördgünlüyünün gündəliyində iki məsələ var. Onlardan biri "Bir sıra din xadimlərinin fəaliyyəti nəticəsində Erməni Apostol Müqəddəs Kilsəsində yaranmış böhran problemlərini, həmçinin Erməni Apostol Müqəddəs Kilsəsinin erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunmasında müstəsna missiyasını yerinə yetirməməsi nəticəsində yaranan böhranı öyrənən istintaq komissiyasının üzvlərinin sayının müəyyən edilməsi haqqında" layihəsidir.