Litva nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv edir-ÖZƏL

Litva Seymi ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsini qadağan edən konstitusiya maddəsinin ləğvinə ilkin səsvermədə razılıq verib.
Plenar iclasda 106 deputat qərarın lehinə, 18-i əleyhinə, 6-sı isə bitərəf səs verib. Qərarın qüvvəyə minməsi üçün üç ay ərzində ikinci səsvermə keçirilməlidir.
Olaylar.az xəbər verir ki, Seym sədri Yuozas Olekas bildirib ki, qadağanın ləğvi Litvanın təhlükəsizlik sahəsindəki hüquqi məhdudiyyətlərini aradan qaldıracaq.
Qeyd edək ki, söhbət Konstitusiyanın Litva ərazisində nüvə silahları da daxil olmaqla kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən 137-ci maddəsindən gedir. Maddə xarici hərbi bazaların yerləşdirilməsinə də məhdudiyyət qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31