Lukaşenko: Ermənistan Aİ-də konyakını sata biləcəyini düşünməlidir- ÖZƏL

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avropa İttifaqına (Aİ) qoşulduqdan sonra məhsullarını, o cümlədən konyakını Avropa bazarında sata bilib-bilməyəcəyini düşünməyə çağırıb.
Olaylar.az xəbər verir ki, o, Ermənistanın Aİ-yə üzvlüklə bağlı tələsməməli olduğunu bildirib və ölkənin konyak, meyvə-tərəvəz məhsullarını Avropa bazarında hansı həcmdə sata biləcəyini müəyyənləşdirməsinin vacibliyini vurğulayıb.
Lukaşenko qeyd edib ki, Ermənistan qərar verməzdən əvvəl hazırda satdığı məhsulların Avropa bazarında alıcı tapıb-tapmayacağını nəzərə almalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31