Özbəkistan Ədliyyə Nazirliyinin hüquqşünasları üçün təlim keçirilib- ÖZƏL

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin Hüquqşünasların Təlimi İnstitutunun əməkdaşları üçün onlayn təlim keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, təlim "Azərbaycanda mediasiya fəaliyyətinin tənzimlənməsi" mövzusuna həsr olunub.
Tədbir zamanı iştirakçılara Azərbaycanda mediasiya institutunun yaradılması və inkişaf mərhələləri, onun hüquqi əsasları, mediatorların fəaliyyəti və mediasiya prosesinin təşkili barədə ətraflı məlumat verilib. Təqdimatda, həmçinin mediasiyanın məhkəməyə alternativ mübahisə həlli mexanizmi kimi rolu, praktiki tətbiqi və bu sahədə formalaşmış təcrübə diqqətə çatdırılıb.
Təlim çərçivəsində Azərbaycan və Özbəkistan arasında hüquqi sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, mediasiya institutunun inkişafı istiqamətində mövcud təcrübələrin paylaşılması və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31