YAP-ın Qurultayı yeni mərhələnin siyasi hədəflərinin müəyyənləşdirilməsi üçün vacibdir”- ÖZƏL
15:06 Siyasət"YAP-ın VIII Qurultayı Azərbaycanın siyasi tarixinin tamamilə yeni mərhələsinə təsadüf edir. Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionda yeni reallıqlar yaratmış qalib dövlətdir". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Bu gün qarşıda duran əsas vəzifə əldə edilmiş tarixi nəticələri qorumaq, güclü dövlət quruculuğunu davam etdirmək və Azərbaycanın yeni geosiyasi mövqeyini daha da möhkəmləndirməkdir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da bu baxımdan yeni mərhələnin siyasi hədəflərinin müəyyənləşdirilməsi üçün vacibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31