NATO kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında yenidən uçuş həyata keçirib- ÖZƏL
12:51 SiyasətNATO-ya məxsus Bombardier ARTEMIS II kəşfiyyat təyyarəsi bu həftə ikinci dəfə Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirib. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Aİ hava nəqliyyatının idarə olunmasındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, təyyarə Polşa və Litva hava məkanı, həmçinin Baltik dənizinin neytral suları üzərində dairəvi uçuşlar həyata keçirib. Bildirilib ki, təyyarə 10 kilometrdən çox yüksəklikdə, mülki aviasiya üçün müəyyən edilmiş dəhlizlərdən kənarda uçub.
Mənbə qeyd edib ki, təyyarənin əvvəlki uçuşu ötən çərşənbə axşamı qeydə alınıb və o, bazasına qayıtmazdan əvvəl bir neçə saat bölgə üzərində dövrə vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31