Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib, protokol imzalanıb.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, oktyabrın 2-də təşkil olunan görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri İrakli Çikovani iştirak ediblər.Şuşada keçirilən görüş üç ölkənin müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü olub.Görüşün yekununda Zakir Həsənov, Yaşar Güler və İrakli Çikovani tərəfindən 13-cü üçtərəfli görüşün protokolu imzalanıb.

Xəbər yenilənəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31