Çin Xarici İşlər Nazirliyi ABŞ-dan Kubaya qarşı təhdidlərindən əl çəkməsini tələb edib- ÖZƏL

Pekin Vaşinqtondan Kubaya qarşı hər hansı bir təhdid və təcavüzdən imtina etməsini tələb edib. Olaylar.az xəbər verir ki,bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin brifinqdə bildirib.
"Amerika tərəfi Kubanı güc tətbiq etməklə təhdid etməyi dərhal dayandırmalı və bu ölkəyə qarşı hər hansı bir formada birtərəfli blokada və ya sanksiya tətbiq etməkdən çəkinməlidir", - deyə o qeyd edib.
Diplomat vurğulayıb ki, "Çin Kubanın milli suverenliyinin qorunmasında və xarici müdaxiləyə qarşı çıxmasında qətiyyətlə dəstəkləməyə davam edəcək və beynəlxalq ədaləti qorumaq üçün bütün tərəflərlə birgə çalışacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31