Müttəfiqlik münasibətləri haqqında müqavilə Qırğızıstan-Azərbaycan əməkdaşlığında yeni mərhələdir - Sadır Japarov

Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması bugünkü danışıqların mühüm nəticəsi oldu. Bu, həqiqətən tarixi hadisədir və Qırğızıstan-Azərbaycan əməkdaşlığında yeni mərhələdir.

Bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında söyləyib.

Qırğızıstan Prezidenti, həmçinin enerji, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarlarının tənzimlənməsi və qiymətli metalların dövriyyəsini əhatə edən ikitərəfli sənədlərlə bağlı əhəmiyyətli bir paketinin imzalandığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31