Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edilib - Sərəncam
10:58 SiyasətSadır Japarov "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Qırğız Respublikasının Prezidenti Sadır Nurqojoyeviç Japarov "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31