Məhkəmə müxalifətçi Alik Aleksanyan barəsində həbs qətimkan tədbirini daha iki ay uzadıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan məhkəməsi "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyanın yaxın tərəfdaşlarından biri, müxalifətçi Alik Aleksanyanın həbs müddətini daha iki ay uzadıb. Bu barədə onun vəkili Eduard Hovhannisyan məlumat verərək, qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

Aleksanyan xüsusilə böyük məbləğdə çirkli pulların yuyulması və seçicilərin ələ alınmasında təqsirləndirilir. İstintaq Komitəsinin versiyasına görə, o, "Öz qaydası ilə" ictimai təşkilatının təsisçisi və icraçı direktoru kimi 2025-ci ilin oktyabrından 2026-cı ilin martınadək "Taşir" fondundan hədiyyə və borc adı altında təxminən 4,4 milyon dollar və 230 min avro vəsait əldə edib.

Daha əvvəl Baş Prokurorluq Narek Karapetyana qarşı da bu işlə əlaqəli olan açıq cinayət təqibinə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31