Xalq artisti Habil Əliyevin adı Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə verilib

Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti Habil Əliyevin adı verilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarın mətni Nazirlər Kabinetinin rəsmi internet saytında dərc olunub.

Mədəniyyət Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31