İtkin düşmüş erməni hərbçilərin doğmalarından hökumətə ultimatim: Bir həftə vaxt verildi – ÖZƏL

Olaylar.az xəbər verir ki, itkin düşmüş erməni hərbçilərin doğmaları növbəti dəfə Ermənistan hökumətinin binası qarşısına toplaşaraq İrəvana yaxınlarının taleyi barədə dəqiq məlumat təqdim etmələri üçün bir həftə vaxt veriblər. İtkin düşmüş əsgərin əmisi Arsen Qukasyan jurnalistlərə bildirib ki, illərdir heç bir müsbət irəliləyiş görmədikləri üçün bu qərarı veriblər və tələbləri yerinə yetirilməzsə, müstəqil addımlar atacaqlar. Təşəbbüs qrupu həmçinin 1990-cı illərdən azərbaycanlıların dəfn yerləri haqqında məlumatı olan şəxsləri vahid baza yaratmaq üçün onlarla əlaqə saxlamağa çağırıb. 

Bundan əlavə, aksiyada iştirak edən qohumlar Avtomobillərlə Tex kəndinə gedəcəklərini və oradan Həkəri körpüsünə doğru piyada yürüş edəcəklərini bəyan ediblər. Rəsmi məlumatlara görə, 1988-2005-ci illərdə Ermənistan tərəfindən 437 nəfər (224 hərbçi və 213 mülki şəxs), 2020-ci il 44 günlük müharibədən sonra 191 nəfər, 2023-cü ilin sentyabrında Xankəndidəki yanacaq çəninin partlamasından sonra isə daha 22 nəfər itkin düşmüş hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31