Aİ Yunanıstana görə sanksiya paketində güzəştə gedə bilər – ÖZƏL

Avropa Komissiyası (AK) Avropa İttifaqının iqtisadi maraqlarına zidd olduğu üçün Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin bəzi bəndlərini dəyişdirərək Yunanıstana güzəştə gedə bilər. 

Olaylar.az xəbər verir ki, "Politico" nəşrinə danışan diplomatların sözlərinə görə, mövcud vəziyyət sanksiyaların artıq Avropanın əsas milli maraqları ilə toqquşduğunu göstərir. Yunanıstan Rusiya durulaşdırılmış təbii qazının (LNG) daşınmasına qoyulan qadağanın "Dynagas" gəmiçilik şirkətinə zərərə vuracağını bildirərək sanksiyalara qarşı çıxır. Oxşar şəkildə Almaniya və Portuqaliya balıq emalı müəssisələrini qorumaq üçün Rusiya balığının idxalına qoyulan məhdudiyyətlərin yumşaldılmasını, Fransa və İtaliya vizaların asanlaşdırılmasını, Avstriya isə "Raiffeisen" bankı ilə bağlı aktivlərin dondurulmasının ləğvini tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31