Aİ-də Rusiya sanksiyaları üzrə böhran: Ölkələr şəxsi maraqlarını üstün tutur – ÖZƏL
20 İyul 12:32 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların dəstəklənməsində ciddi parçalanma ilə üzləşib. "Financial Times" qəzetinin məlumatına görə, Avropa ölkələri başqa bir dövlətə görə maliyyə itkiləri vermək istəmir və sanksiya siyasəti böhran keçirir.
Yunanıstan, Portuqaliya, Fransa, İtaliya və Avstriya daxil olmaqla bir sıra dövlətlər öz şirkətlərinin maraqlarını qorumaq üçün məhdudiyyətlərin yumşaldılmasını, hətta Rusiyanın dondurulmuş bəzi aktivlərinin azad edilməsini tələb edir. İyulun 13-də Aİ xarici işlər nazirləri banklar, müdafiə sənayesi və energetika sektorunu hədəf alan 21-ci sanksiya paketini razılaşdıra bilməyiblər. Xüsusilə Yunanıstan, yerli gəmiçilik biznesinə zərbə vuracağı əsası ilə Rusiya neftinə qiymət həddinin tətbiq olunması mexanizminə qarşı çıxıb.
Diplomatların sözlərinə görə, bəyanatlarda həmrəylik ifadə edilsə də, danışıqlar masası arxasında ölkələr öz biznes maraqlarını müdafiə edir. Hər kəsin istisnlar tələb etməsi sanksiyalar paketini effektsiz və mənasız hala gətirir.