Ermənistanda seçki rüşvəti iddiası ilə saxlanılanlar var – ÖZƏL
20 İyul 12:12 SiyasətErmənistanın Antikorrupsiya Komitəsi və Daxili İşlər Nazirliyinin İrəvan Şəhər Polis İdarəsinin keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində "Güclü Ermənistan" partiyasının tərəfdarlarının seçki rüşvəti verməsi faktı aşkarlanıb.
Olaylar.az xəbər verir ki, NEWS.am-ın Antikorrupsiya Komitəsinə istinadən verdiyi məlumata görə, partiya tərəfdarları öncədən əlbir olaraq Ararat məntəqəsinin Masis icmasında seçicilərə maksimal səs toplamaq məqsədilə pul vəd ediblər. Faktla bağlı cinayət işi başladılıb, bir neçə şəxs saxlanılıb, eləcə də axtarış və digər prosessual tədbirlər həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31