Deputat: Biz qalib xalq olaraq öz yerimizi və mövqeyimizi çox yaxşı bilirik - ÖZƏL
20 İyul 11:42 Siyasət"44 günlük Vətən Müharibəsindən sonra bəzi dövlətlər qələbəmiizə dodaq büzdü, bəziləru təəccübləndi, bəziləri də qazandığımızı həzm etmək istəmədi, ermənilər üçün göz yaşı tökənlər növbəyə durdular, bəziləri isə bizə qarşı təbliğata başladılar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İsgəndərov deyib: "Avropa ölkələri daha çox canfəşanlıq etməyə başladılar. Fransa parlamenti ermənilərin məğlubiyyətinə görə gecə-gündüz ağlaşma qurdu, bəzilərinin göz yaşları hələ də qurumayıb, Brüssel yas içindədir, Avropanın mötəbər təşkilatlarının rəhbərləri rahat yuxuya həsrətdir. Niyə, nə üçün? Bəs Azərbaycan 30 ildən sonra öz tarixi torpaqlarını niyə azad etdi, niyə qalib gəldi, axı ermənilər məğlub olmamalı idi? Ay Avropanın çox bilənləri, bəs sizin ədalətiniz harda qaldı?
Ermənilərin rəhbəri özü etiraf edir ki, Qarabağ Azərbaycandır, amma sizlər ermənilərdən də qabağa gedərək, çeynənmiş fikirlərinizdən əl çəkmirsiniz. Amma qış qapınızı kəsən kimi şaxtalı havalar sizi məcbur edir ki, Azərbaycana enerji üçün müraciət edəsiniz. Azərbaycan xalqı əliaçıq, dövlət başçısı çox alicənabdır. Qalib xalq olaraq öz yerimizi, mövqeyimizi çox yaxşı bilirik.
Amma buz əriməyə başlayıb, həm də sürətlə əriyir. Qərb bizə qarşı olan siyasətindən əl çəkməlidir. Dövlət başçısının sözləri ilə desək: İnadkar Qərb bizi heç nəyə məcbur edə bilməz. Biz siyasətimizdə kimə isə güzəşt etmir, kiminsə maraqlarına xidmət etmir, Azərbaycan xalqının arzu və istəklərini həyata keçiririk".