ABŞ-nin zərbələrindən sonra İranda elektrik enerjisinə qənaət çağırışı edilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Energetika Nazirliyi ABŞ-nin ölkənin cənubuna endirdiyi zərbələrdən sonra vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb. Rəsmi məlumata görə, ABŞ-nin hücumları nəticəsində Hörmüzqan əyalətinin bəndər-Abbas şəhərində elektrik ötürücü xətləri zədələnib, həmçinin Hörmüz boğazının girişində yerləşən Sirik şəhərindəki limanlar və rabitə qüllələri hədəf alınıb. Nazirlik şiddətli istilər və enerji obyektlərinə hücumlar fonunda cənub əyalətlərində sabit elektrik təchizatını təmin etmək üçün hər bir ailəni pik saatlarında kondisionerləri cəmi bir saatlıq söndürməyə səsləyib.

Qeyd edək ki, Tehran və Vaşinqton arasında fevralın 28-dən başlayan münaqişəni bitirmək üçün iyunun 18-nə keçən gecə memorandum imzalansa da, ABŞ hərbçiləri iyulun 8-dən etibarən İrana qarşı yenidən zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığı bu hücumların İraq və Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olduğunu iddia edib. İran hərbçiləri isə ABŞ-nin Yaxın Şərqdəki bazalarına zərbələr endirərək Vaşinqtonu atəşkəs memorandumunu pozmaqda ittiham edib. ABŞ Prezidenti Donald Tramp isə iyulun 9-da atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31