Rusiyadan qəfil qadağa: İrandan gələn güllərin arxasındakı gizli erməni oyununun üstü açıldı
14:26 SiyasətRusiya Federasiyası İrandan idxal olunan gül məhsullarının rəsmi sertifikatlaşdırılmasının dayandırılmasını tələb edib.
Musavat.com xəbər verir ki, "Rosselxoznadzor"un yaydığı məlumata görə, bu addıma səbəb İrandan gələn güllərin əslində Ermənistandan gətirilməsi ilə bağlı yaranan ciddi şübhələrdir.
Rəsmi qurumlar qeyd edir ki, 2026-cı ildə İrandan Rusiya bazarlarına göndərilən çiçək həcmi ötən illə müqayisədə kəskin şəkildə artıb. Lakin aparılan yoxlamalar zamanı "İran mənşəli" kimi bəyan edilən güllərin xarici görünüşü, qablaşdırılma forması və spesifik xüsusiyyətlərinin əvvəllər Ermənistandan gətirilən məhsullarla tamamilə eyni olduğu müəyyən edilib.
Xatırladaq ki, cari ilin 22 may tarixindən etibarən Ermənistandan Rusiyaya bütün növ güllərin idxalına rəsmən qadağa qoyulub və Ermənistan tərəfinin bu qadağadan yan keçmək üçün İran kanalından istifadə etdiyi ehtimal olunur.