Dövlətlərarası əməkdaşlığın inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır- ÖZƏL
14:22 SiyasətXarici ölkə başçılarının səfərlərinin Şuşada təşkil edilməsi xüsusi siyasi məna daşıyır. Şuşa artıq Azərbaycanın beynəlxalq diplomatik tədbirlərinin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Burada xarici dövlət başçılarının qəbul olunması Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bölgədə yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Millət vəkili əlavə edib ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır: "Enerji təhlükəsizliyi, dayanıqlı iqtisadi inkişaf, nəqliyyat-logistika, yaşıl enerji və regional təhlükəsizlik kimi məsələlər dövlətlər arasında strateji tərəfdaşlığın əsas istiqamətlərinə çevrilmişdir. Məhz bu səbəbdən Avropa İttifaqı ilə əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, enerji təhlükəsizliyi və qlobal çağırışlara qarşı birgə mübarizə məsələləri diqqət mərkəzində saxlanılır".