İrakli Kobaxidze: "Gürcüstanda dörd ildə beş inqilab cəhdi siyasi terrordur" – ÖZƏL
12:16 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi LIVE" telekanalının efirində bəyan edib ki, ölkədə son dörd ildə dördü zorakı olmaqla baş verən beş inqilab cəhdi adi siyasi terrordur. O, bu fəaliyyətlərin arxasında müxalifət yox, xaricdən idarə olunan agentura şəbəkəsinin dayandığını və onların yeganə məqsədinin Gürcüstan xalqını daimi qorxu və gərginlikdə saxlamaq olduğunu vurğulayıb. Kobaxidzenin sözlərinə görə, hakimiyyət bu terrorun qarşısını almaq üçün "Şəffaflıq haqqında" qanun, toplantı və nümayişlər haqqında qanunvericiliyə dəyişikliklər və nifrət çıxışlarına qarşı tənzimləmələr kimi mühüm addımlar atıb.
Hökumət başçısı, həmçinin ABŞ-nin keçmiş səfiri Kelli Degnanın vaxtilə şəffaflıq qanununu "Gürcüstan demokratiyası üçün qara gün" adlandırmasını utancverici yalan və ölkədə inqilabi prosesləri süni şəkildə stimullaşdıran növbəti siyasi terror aktı kimi qiymətləndirib.