Vardanyan sözünü geri götürdü: Erməni deputat mandatından imtina etməyəcək – ÖZƏL
11:40 SiyasətOlaylar.az xəbər verir ki, "Ermənistan" blokunun nümayəndəsi Ağvan Vardanyan, ölkədə keçirilən parlament seçkilərindən sonra Nikol Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə deputat mandatından imtina edəcəyi ilə bağlı daha əvvəl verdiyi vədi yerinə yetirməyəcəyini və mandatı qəbul edəcəyini açıqlayıb. Bu məsələnin uzun müzakirələrdən sonra qətiləşdiyini bildirən Vardanyan, mandatın onun üçün ön sıralarda olmadığını, lakin öz borcunu yerinə yetirmək və bəzi dairələri sevindirməmək üçün parlamentə gedəcəyini vurğulayıb. O, hazırkı mərhələdə komandasının, xüsusilə İşxan Saqatelyan və Narek Karapetyanın yanında olmağı özünə borc bildiyini qeyd edib.
Xatırladaq ki, Ermənistanda 7 iyun 2026-cı ildə keçirilən parlament seçkilərinin rəsmi nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası 49,74% səs yığaraq parlamentdə çoxluğu (64 mandat) qoruyub saxlasa da, təkbaşına konstitusiya çoxluğunu əldə edə bilməyib. Yeni parlamentdə "Güclü Ermənistan" bloku 29 mandatla, "Ermənistan" bloku isə 12 mandatla təmsil olunacaq. Digər tərəfdən, "Çiçəklənən Ermənistan" partiyası 4%-lik baryeri aşa bilməyərək parlamentdən kənarda qalıb. Müxalifətdəki 7 siyasi qüvvə seçki nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etsə də, məhkəmə seçkilərin nəticələrini qüvvədə saxlayıb.