Həbsdəki erməni milyarder hökuməti ittiham etdi: "Müəssisələrin bağlanması ölkəyə zərbədir" – ÖZƏL
12:05 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın həbsdə olan "Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qaqik Tsarukyan onunla əlaqəli müəssisələrin fəaliyyətinin dayandırılmasına etiraz edib. İstintaqın onun şirkətlərini möhürləməsini siyasi addım adlandıran Tsarukyan bildirib ki, idarəçiliyindən çoxdan uzaqlaşdığı bu müəssisələrin bağlanması on minlərlə insanın çörəksiz qalmasına və ölkə iqtisadiyyatının çökməsinə səbəb olur. Özünə qarşı açılan cinayət işlərini tamamilə uydurma və yalan adlandıran iş adamı, eyni zamanda inşası davam edən nəhəng İsa Məsih heykəlinin açılış mərasimi üçün işçi qrupunun yaradılmasının vaxtı çatdığını qeyd edib və bu layihənin Ermənistan üçün yeni bir dirçəliş rəmzi olacağını vurğulayıb.
Xatırladaq ki, istintaq orqanları Tsarukyanı Ermənistan-İran ticarət əlaqələri bəhanəsilə dövlətə 21 milyon dollardan çox ziyan vurmaqda, dələduzluqda, çirkli pulların yuyulmasında və qanunsuz ovçuluqda ittiham edir. Onun malikanəsində aparılan axtarışlar zamanı saxlanılması qanunsuz hesab edilən şir və pələnglər müsadirə edilərək zooparka köçürülüb.