Ermənistanda quberniya sisteminin ləğvi planlaşdırılır – ÖZƏL
11:40 SiyasətErmənistan hakimiyyəti vilayət administrasiyalarını (quberniyaları) ləğv etməyi və qubernator vəzifəsini sıradan çıxarmağı planlaşdırır.
Olaylar.az xəbər verir ki, "Joqovurd" qəzetinin yaydığı məlumata görə, hazırda ölkədə yeni idarəetmə modeli müzakirə olunur. Bu plana əsasən, geniş ştatlı vilayət administrasiyalarının əvəzinə hökumətin məhdud funksiyalara malik optimallaşdırılmış nümayəndəlik ofisi fəaliyyət göstərəcək. Hökumət rəsmiləri hesab edirlər ki, son illərdə səhiyyə, təhsil və sosial sahələrə aid bir çox səlahiyyətləri əlindən alınan vilayət idarələri artıq böyük xərclərlə saxlanılmağa layiq funksionallığa sahib deyil. Qubernatorlar arasında isə artıq öz postlarında müvəqqəti olduqlarına dair ciddi narahatlıqlar yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31