Ulu Öndərin əsasını qoyduğu hərbi quruculuq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən uzaqgörən islahatlar nəticəsində Azərbaycan mühüm inkişaf mərhələsinə qədəm qoydu. Həm sovet dövründə, həm də müstəqillik illərində ölkəmizin sosial-iqtisadi inkişafı, dövlət institutlarının möhkəmləndirilməsi, təhsil, elm və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın aqrar ölkədən müasir sənaye və güclü iqtisadi potensiala malik dövlətə çevrilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi, yüzlərlə məktəb və ali təhsil müəssisəsi inşa edildi, insan kapitalının inkişafına xüsusi diqqət yetirildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Müstəqilliyimizin ilk illərində ölkəmiz ciddi siyasi böhran, vətəndaş qarşıdurması və müharibə təhlükəsi ilə üz-üzə qalsa da, Ulu Öndər Heydər Əliyevin qətiyyətli rəhbərliyi sayəsində dövlətçiliyimiz qorundu, ictimai-siyasi sabitlik bərpa edildi və Azərbaycanın davamlı inkişafının möhkəm təməli qoyuldu.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və hərbi quruculuq siyasəti bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın müdafiə qüdrətinin daha da möhkəmləndirilməsi, müasir ordunun formalaşdırılması və tarixi Zəfərin qazanılması məhz bu siyasi kursun uğurlu nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31