İrakli Kobaxidze: “Avropa bürokratiyası tamamilə absurda yuvarlanıb” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın Gürcüstan hökuməti ilə əlaqələrin olmaması və Qara dəniz strategiyasında yaranan çətinliklərlə bağlı bəyanatına kəskin reaksiya verib. Baş nazir bildirib ki, Gürcüstan yeddi ölkənin Qara dənizlə əlaqəsini təmin etdiyi halda, bu dənizlə bağlı məsələlərin Gürcüstansız müzakirə edilməsi Avropa bürokratiyasının tam bir absurdudur. 

Kobaxidze Avropanın gürcü xalqı ilə hakimiyyəti süni şəkildə bir-birindən ayırmaq cəhdlərini tənqid edərək qeyd edib ki, son seçkilərdə hakimiyyət 1 milyondan çox seçicinin dəstəyini qazanıb. O, Kaya Kallasın bu yanaşmasını Rusiyanın Gürcüstanın 20%-lik ərazisinin suverenliyini tanımaması ilə müqayisə edərək, Kallasın faktiki olaraq ölkənin 100%-lik suverenliyini rədd etdiyini və bunun Avropa bürokratiyası üçün həm gülünc, həm də faciəvi bir hal olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31