Şuşadan dünyaya ortaq gələcək mesajları- ÖZƏL
17:48 SiyasətAzərbaycan yeni geosiyasi reallıqların mərkəzində
Şuşada keçirilən IV Qlobal Media Forumu çox böyük siyasi əhəmiyyət daşıyır. Bu, Qarabağın, xüsusilə də Şuşanın, bir sıra mühüm tədbirlərdən sonra beynəlxalq platformaya çevrilməsi anlamına gəlir. Forumun mövzusu da çox maraqlıdır: "Sülhün təşviqində medianın missiyası, həqiqətin bərpası və etimadın yenidən qurulması." Bu mövzunun özü belə dünyaya verilən siyasi mesajdır. Bu ideyaları həyata keçirmək, belə siyasi mesajları dünya ictimaiyyətinə çatdırmaq bəşəriyyət üçün mühüm siyasi missiya sayılır. Ümumiyyətlə, böyük düşüncələr böyük ideyalar yaradır. Böyük düşüncə isə xalqların və dövlətlərin gələcəyini formalaşdırır. Bu baxımdan Şuşa Qlobal Media Forumu müxtəlif baxışların reallığa çevrildiyi, həqiqətin, etimadın və sülhün təşviq olunduğu beynəlxalq platformaya çevrilib.
Burada səsləndirilən hər bir sağlam fikir təkcə bu günə deyil, həm də gələcəyin informasiya təhlükəsizliyinə, dünyada media əməkdaşlığına və qlobal sabitliyə xidmət edən yeni ideyaların əsasını qoyur. Bu tədbirdə çox sayda nüfuzlu media nümayəndələri, ekspertlər və sahə üzrə peşəkarlar iştirak ediblər. Əslində, bu da onu göstərir ki, böyük fikirlərin mayası məhz böyük ideyalardır. Böyük ideyaların ünvanı isə ortaq gələcəkdir. Bu ortaq gələcəklə bağlı dünyada baş verən proselərlə bağlı möhtərəm Prezidentimizin səsləndirdiyi siyasi mesajlar xüsusi önəm daşıyır. O cümlədən, həqiqət və etimad anlayışlarının səsləndirilməsi forumun mövzusunun əhatə dairəsində yer alır və həqiqətə söykənən təməlin sülhün əsası olduğunu ifadə edən, bu tədbirin mahiyyətini əks etdirən mühüm fikirdir. Böyük düşüncələr sərhəd tanımır.
Ramil Hüseynov
Siyasi şərhçi