Ermənistanda siyasi təqiblərdən müdafiə komitəsi yaradılıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanda politoloq, hüquq müdafiəçisi, diplomat və ictimai xadimlərin iştirakı ilə Siyasi Təqibə Məruz Qalan Şəxslərin Hüquqlarının Müdafiəsi Komitəsi təsis edilib. Təqdimat mərasimində çıxış edən təşəbbüskarlar - sabiq deputat Elinar Vardanyan, ölkənin ilk ombudsmanı Larisa Alaverdyan, politoloq Stepan Danielyan və səfir Dzünik Ağacanyan bildiriblər ki, yeni strukturun məqsədi həm ölkə daxilində siyasi repressiyalara məruz qalanların, həm də guya Bakı həbsxanalarında saxlanılan şəxslərin hüquqlarını qorumaqdır. 

Təşkilatçılar hakimiyyəti cəmiyyətdə qorxu mühiti yaratmaqda, müxalifəti düşmən kimi qəbul etməkdə və konstitusion quruluşu pozmaqda ittiham ediblər. Həmçinin beynəlxalq hüquqi mexanizmlərdən daha fəal istifadə etməklə repressiyaların qarşısını almağın və xaricdə saxlanılan erməni əsirlərin məsələsini gündəmdə saxlamağın vacibliyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31