Ermənistanda Tsarukyan şirkətlərinin işçiləri etiraz edir: Yüzlərlə insan işsiz qalıb – ÖZƏL
14:00 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın Kotayk vilayətində "Multi Qrup" konserninə daxil olan "Multi Tabak" fabrikinin əməkdaşları hüquq-mühafizə orqanlarının müəssisəni möhürləməsinə qarşı etiraz aksiyası keçiriblər. Nümayişçilər fabrikin artıq doqquz gündür fəaliyyətinin dayandırıldığını və 130 nəfərlik kollektivin gəlir mənbəyindən məhrum edildiyini bildiriblər. Etirazçılar hökuməti ölkə üzrə minlərlə insanı işsiz qoymaqda, idman komplekslərini və onlarla müəssisəni iflic etməkdə ittiham edərək, yoxlamaların istehsal prosesini dayandırmadan aparılmasını tələb ediblər. Onlar həmçinin güc strukturlarının işçilərə şəxsi əşyalarını belə götürməyə icazə vermədiyini vu...
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31