Tazo Datunaşvili: "Avropa İttifaqı gürcü xalqının yanındadır, mövcud hakimiyyət isə yox" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Güclü Gürcüstan - Lelo" koalisiyasının üzvü Tazo Datunaşvili Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallasın Gürcüstanla bağlı bəyanatını şərh edib. Kallas bəyan etmişdi ki, Aİ-nin Gürcüstan rəhbərliyi ilə əlaqələri kəsilsə də, gürcü xalqına dəstək dəyişməz olaraq qalır.

Datunaşvili bildirib ki, Aİ və tərəfdaş ölkələrin gürcü xalqının yanında olması qəbul edilən bütün qətnamə və addımlarla təsdiqlənir. Onun sözlərinə görə, hazırda öz xalqının maraqlarını qorumayan yeganə qüvvə Gürcüstanın mövcud hakimiyyətidir. Müxalif siyasətçi hökuməti vətəndaşların fundamental hüquq və azadlıqlarını məhdudlaşdırmaqda, cəmiyyəti qütbləşdirməkdə və Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31