Nikol Paşinyan: "Ermənistan-Fransa əməkdaşlığı görünməmiş səviyyəyə yüksəlib" ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Milli Bayramı münasibətilə bu ölkənin prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb. Hökumətin mətbuat xidmətinin məlumatına görə, Paşinyan son illərdə iki ölkə arasındakı münasibətlərin yeni keyfiyyət qazanaraq strateji məzmunla zənginləşdiyini bildirib. O, bərabərlik və demokratiya dəyərlərinə əsaslanan əməkdaşlığın artıq "görünməmiş səviyyəyə" çatdığını, siyasi dialoq, müdafiə, iqtisadiyyat, infrastruktur, energetika və süni intellekt kimi mühüm sahələrdə tərəfdaşlığın davamlı inkişaf etdiyini vurğulayıb. 

Baş nazir Ermənistanın suverenliyinin gücləndirilməsində, eləcə də ölkəsinin Avropa İttifaqı ilə əlaqələrinin dərinləşməsində Fransanın və şəxsən prezident Makronun göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib. Sonda Paşinyan dost Fransa xalqına sülh və rifah, iki ölkə əməkdaşlığına isə yeni uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31