Şalva Papuaşviliyə qarşı məhkəmə iddiası: Deputatın vəkili parlament sədrini böhtanda ittiham edir – ÖZƏL
10:54 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin deputatı Aleko Elisaşvilinin vəkili Qiorqi Rexviaşvili parlament sədri Şalva Papuaşvilinin müvəkkilinə qarşı qaralama kampaniyası apardığını bildirərək məhkəməyə müraciət edəcəklərini bəyan edib. Vəkilin sözlərinə görə, Papuaşvili Elisaşvilinin cinayət törətmək məqsədilə avtomat silahlar alması barədə yalan məlumat yaymaqla ona böhtan atır, həmçinin təqsirsizlik preduksiyasını pozaraq məhkəmə və prokurorluğa birbaşa təzyiq göstərir.
Rexviaşvili qeyd edib ki, ölkə daxilində ədalətli qərarın çıxarılacağına böyük ümid bəsləməsələr də, qanunvericiliyə uyğun olaraq bütün hüquqi instansiyaları keçmək niyyətindədirlər. O, müvəkkilinin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi üçün sona qədər mübarizə aparacaqlarını və məhkəmələr siyasi asılılıqdan azad olduqdan sonra Papuaşvilinin bu yalanlara görə mütləq qanun qarşısında cavab verəcəyini vurğulayıb.