Hakim partiyada gərgin post davası: Müdafiə komissiyasına kim rəhbərlik edəcək? – ÖZƏL
10:43 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın hakim "Mülki Müqavilə" partiyasında parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının sədrliyi uğrunda gərgin mübarizə başlayıb. "Hraparak" qəzetinin məlumatına görə, hazırda bu mühüm posta dörd namizəd iddialıdır: komissiyanın sədr müavini Armen Xaçatryan, hakim partiyanın idarə heyətinin üzvü Vilen Qabrielyan, orduda xidmət etməsə də bu vəzifəni istəyən keçmiş ekologiya naziri Akop Simidyan və "Yerkrapah" Könüllülər İttifaqının rəhbəri Sasun Mikayelyan. Mikayelyanın deputat mandatı alaraq bu posta can atması isə yaxın gələcəkdə "Yerkrapah" təşkilatının buraxılacağı ilə bağlı şayiələrlə əlaqələndirilir.
Digər tərəfdən, komissiyanın hazırkı bitərəf sədri Andranik Koçaryan yalnız fraksiyanın tam dəstəyi olacağı təqdirdə namizədliyini verəcəyini deyərək, partiyasız olmasının onu rəqiblər qarşısında əlverişsiz vəziyyətə saldığına eyham vurub. Yaxın günlərdə digər parlament komissiyalarında da rəhbər vəzifələr uğrunda kəskin rəqabətin yaranacağı gözlənilir.