Şuşadan dünyaya mesaj: Media sülhün və həqiqətin tərəfdarı olmalıdır
18:17 SiyasətBu gün Azərbaycanın mədəniyyət paytaxtı olan və 28 il işğal altında olmuş qədim Şuşa şəhərində İV Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. Bu ilki forumun mövzusu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması"dır.
Dezinformasiyanın və informasiya müharibələrinin geniş yayıldığı indiki zamanda belə forumların əhəmiyyəti daha aydın görünür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxış edərək tədbirlə bağlı deyib: "Tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından - dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər".
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov