Mediasiya Şurası İH üzvü beynəlxalq tədbirə qatılacaq- ÖZƏL
18:07 SiyasətMediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova Ankarada keçirilən beynəlxalq paneldə iştirak edəcək. Mediasiya Şurasından Olaylar -a bildirilib ki,
14 iyul 2026-cı il tarixində Ankara şəhərində Türkiyə Respublikası Ədliyyə Nazirliyi və Türk Dünyası Arabulucular Birliğichr("39")nin (TDAB) birgə təşkilatçılığı ilə "Türk Dünyasında əməkdaşlığın institusionallaşdırılması, mediasiyanın gələcəyi və Türk Dünyası Mediasiya Konvensiyası" mövzusunda beynəlxalq panel keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Mediasiya Şurasını İdarə Heyətinin üzvü Sima Yaqubova təmsil edəcək. O, panelin II sessiyasında çıxış edərək Azərbaycanda mediasiya institutunun inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, həyata keçirilən islahatlar, eləcə də Türk dövlətləri arasında mediasiya sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir və təcrübələrini iştirakçılarla bölüşəcək.
Panel çərçivəsində mediasiya sahəsində beynəlxalq təcrübə, alternativ mübahisələrin həlli mexanizmlərinin inkişaf perspektivləri, süni intellektin mediasiyaya təsiri, Türk dünyasında institusional əməkdaşlığın gücləndirilməsi və Türk Dünyası Mediasiya Konvensiyası ilə bağlı müzakirələr aparılacaq. Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Kosovo və Şimali Kipr Türk Cümhuriyyətindən dövlət rəsmiləri, hüquqşünaslar, alimlər və mediasiya sahəsinin nümayəndələri iştirak edəcəklər.
Mediasiya Şurasının beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələr çərçivəsində bu kimi platformalarda fəal təmsil olunması Türk dünyasında mediasiya institutunun daha da gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.