Aİ Rusiyaya qarşı kiber-sanksiyaları genişləndirdi: 9 nəfər və 4 şirkət siyahıda – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək bura daha 9 fiziki şəxs və 4 təşkilatı daxil edib. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın bildirdiyinə görə, bu məhdudiyyətlər quruma üzv dövlətlərin və xarici tərəfdaşların sabitliyini pozmağa yönəlmiş "ziyanverici kiberfəaliyyətlərə" cavab olaraq tətbiq edilib. 

Sanksiyalar Brüsselin iddiasına görə Rusiyaya yardım edən kəşfiyyat zabitlərini, müstəqil hakerləri və özəl şirkətləri hədəf alır. Məhdudiyyətlər çərçivəsində siyahıya düşən şəxslərin Aİ ölkələrinə girişi qadağan edilir, fiziki və hüquqi şəxslərin Avropa ərazisindəki aktivləri isə dondurulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31